Meksikanın “Keşniş və cəfəri” komediyası Bakıda nümayiş olunacaq
05 may, 2016 16:42
Bu gün Yarat Müasir İncəsənət Məkanında “Keşniş və cəfəri” adlı Meksika filmi nümayiş olunacaq.
ERtv.Az-a səfirlikdən verilən məlumata görə, ingilis dilində altyazılarla ispan dilində təqdim olunacaq film komediya janrındadır.
Film evli cütlüyün qarşıslaşdığı problemlərlə bağlı hekayədən bəhs edir.
Nümayiş bu gün saat 19:00-da olacaq.