Cabbar Qaryağdıoğlunun 155 illik yubileyi qeyd olunub
03 may, 2016 16:40
Cabbar Qaryağdıoğlunun 155 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
ERtv.Az xəbər verir ki, tədbir Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbində olub.
Xalq artisti, bəstəkar, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri olan Cabbar Qaryağdıoğlu Azərbaycan xalq musiqisinin canlı tarixi olub.
Mərasimdə öncə xanəndənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin aparan nəzəriyyə şöbəsinin müəllimi Ülviyyə Şahbalayeva çıxış edərək, məktəbdə muğam sinfinin yaranmasının 30 illiyinin tamam olması barədə məlumat verib və burada müəllim Sabir Abdullayevin böyük əməyinin keçdiyini xüsusi qeyd edib. Bu münasibətlə S.Abdullayev məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilib.
Sonra yubiley muğam sinfinin şagirdlərinin ifasında “Arazbarı” ritmik muğamı, “Qarabağ” şikəstəsi və rəngarən xalq mahnılarından ibarət konsert proqramı ilə davam edib.