Azərbaycanda Amerika günləri festivalı başlayır
02 may, 2016 16:39
13-22 may tarixlərində Azərbaycanda Amerika günləri festivalı keçiriləcək.
ERtv.Az xəbər verir ki, festival çərçivəsində Azərbaycanın müxtəlif məkanlarında möhtəşəm canlı musiqi, Brodvey şouları, sərgilər, rəqslər və başqa tədbirlər təqdim olunacaq.
Bütün tədbirlər pulsuzdur və ictimaiyyət üçün açıqdır, lakin bəzi tədbirlərdə yerlərin sayı məhdud olacaq. Pulsuz biletləri Azərbaycan Dillər Universitetinin 2-ci mərtəbəsində yerləşən Bakı Amerika Mərkəzində əldə etmək mümkündür.