Bu gün Bakıda futbol üzrə Avropa çempionatı start götürür
05 may, 2016 16:37
Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə start veriləcək.
ERtv.Az xəbər verir ki, çempionat 14:00-da Bakı Olimpiya Stadionunda başlayacaq.
Açılış matçında Avstriya ilə Bosniya və Herseqovina milliləri qarşılaşacaq.
Bu gün ümumilikdə A və B qrupları üzrə 4 oyun keçiriləcək. Günün son matçında Azərbaycan və Portuqaliya milliləri Bakı Olimpiya Stadionunda üz-üzə gələcəklər.
Qrup mərhələsi, I tur
B qrupu
14:00. Avstriya – Bosniya və Herseqovina
Bakı Olimpiya Stadionu
17:00. Ukrayna – Almaniya
8-ci km qəsəbə stadionu
A qrupu
19:00. Belçika – Şotlandiya
8-ci km qəsəbə stadionu
20:00. Azərbaycan – Portuqaliya
Bakı Olimpiya Stadionu