SOCAR Avro-2016 ilə bağlı əməkdaşlarına sürpriz edəcək
04 may, 2016 16:31
10 iyun - 10 iyul tarixlərində Fransada keçiriləcək Avropa Çempionatı oyunlarına birlikdə baxmaq üçün SOCAR tərəfindən Bakı Olimpiya Stadionunda iri monitorlu birgə tamaşa zonası qurulacaq.
ERtv.Az SOCAR-a istinadən xəbər verir ki, şirkət əməkdaşlarından başqa, bütün azərbaycanlı futbolsevərlər birgə tamaşa zonasında futbola baxmaq imkanı qazanacaqlar.
UEFA ilə imzalanan sazişə əsasən, SOCAR Azərbaycanda futbol üzrə keçirilən UEFA U-17 Avropa Kuboku və Fransada keçirilən UEFA Avropa Kuboku yarışlarında UEFA-nın rəsmi tərəfdaşı qismində çıxış edir.
5-21 may tarixlərində Azərbaycanda keçiriləcək UEFA U-17 Avropa Futbol Kuboku oyunlarına biletlər SOCAR işçiləri üçün şirkət tərəfindən hədiyyə edilir.