“Lester” tarixində ilk dəfə İngiltərə çempionu oldu
03 may, 2016 16:30
İngiltərə Premyer-Liqasında çempion olmuş komandaların sırasına biri də qoşuldu.
ERtv.Az xəbər verir ki, futbol üzrə İngiltərə Premyer-Liqasında sona 2 tur qalmış qalıb müəyyənləşib.
Məlumata görə, mayın 1-də “Mançester Yunayted”lə səfər matçında 1-1 hesablı heç-heçəyə nail olan “Lester” ən yaxın izləyicisi “Tottenhem”i 7 xal qabaqlayırdı.
“Tottenhem”in mayın 2-də “Çelsi” ilə oyunda 2-2 hesablı bərabərliyə qalaraq xal itirməsi “Lester”ə tarixinin ilk çempionluğunu qazandırıb.