Xəbərlər

İlham Əliyev Maltanın xarici işlər nazirini qəbul edib
29 aprel, 2016 17:05

AZƏRTAC-a istinadən xəbərinə görə, prezident İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın bu günlərdə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakını yüksək qiymətləndirdi. Malta Prezidentinin səfəri zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişafı, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələri ətrafında da müzakirələrin aparıldığını qeyd edən dövlətimizin başçısı Maltanın Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq prosesinin fəal iştirakçısı olduğunu vurğuladı. Malta Respublikasının Baş naziri Cozef Muskatın Azərbaycana ötənilki səfərini də məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu dəfə Malta xarici işlər nazirinin Bakıya səfərini əməkdaşlığımızın dinamik şəkildə davam etdirilməsinin göstəricisi kimi dəyərləndirdi. Azərbaycan ilə Malta arasında fəal tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu deyən dövlətimizin başçısı bu əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etdi, Maltanın xarici işlər naziri Corc Vellanın ölkəmizə səfərinin mövcud əməkdaşlıq formatının möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Xarici işlər naziri Corc Vella Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın və Baş nazir Cozef Muskatın salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, ölkəsinin Prezidentinin Bakıya səfərindən və keçirdiyi görüşlərdən məmnun olduğunu dedi. Maltanın Azərbaycan ilə əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu deyən Corc Vella ikitərəfli münasibətlərin yalnız enerji deyil, hər iki ölkə üçün qarşılıqlı faydalı ola biləcək bir sıra digər sahələrdə möhkəmləndirilməsi üçün də yaxşı potensialın olduğunu bildirdi, bu istiqamətdə imkanların araşdırılmasının vacibliyini vurğuladı.

Prezident İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın və Baş nazir Cozef Muskatın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Malta Respublikasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.