Komandanın futbolçuları əlbəyaxa davaya çıxdılar
29 aprel, 2016 17:04
“Türkiye” qəzetinə istinadən xəbər verir ki, “Beşiktaş” komandasında Tolqay ilə Olcaydan sonra Veli Kavlak və Cenk Tosun da yumruq davasına çıxıblar.
Lakin Tolqay və Olcayın davasından fərqli olaraq, V.Kavlakla C.Tosunun mübahisəsini davaya çevrilmədən kəsmək mümkün olmayıb.
Davaya qarışan digər oyunçuların araya girməsindən sonra dodağı partlamış V.Kavlak soyunma otağına gedib.
Komandanın baş məşqçisi Şenol Güneş baş verənlərə əsəbləşərək futbolçulara xəbərdarlıq edib:
“Bu qədər ərköyünlük olmaz, sizə çox üz verdim. Ağlınızı başınıza yığın. Çempionluğa gedirik, bu etdikləriniz sizə yaraşmır. Kim problem çıxarsa, bizimlə olmayacaq”.