Sona Əliyeva: "İnternet "tanışlıq"larından sonra gənc qızların evdən qaçmasının şahidi oluruq"
29 aprel, 2016 17:02
"Xüsusilə də, övladlarımızı, azyaşlılarımızı həmin təhlükələrdən qorumaq imkanlarımız azdır" - deyən, millət vəkili eyni zamanda bildirib ki, sosial şəbəkələrdə, internetdə virtual tanışlıq və sair hallar bir çox hallarda təhlükəli sonuclara gətirib çıxarır.
"Məhz bu "tanışlıq"lardan sonra axır zamanlar gənc, yetkinlik yaşına çatmayan qızların evdən qaçmasının şahidi olmuşuq və oluruq.
Bu, artıq "ənənəvi" hal almağa başlayıb. Çox təhlükəli bir haldır. Odur ki, bu məsələ ilə bağlı mübarizə tədbirləri gücləndirilməlidir" - deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.
Qeyd edək ki, “Uşaq hüquqları haqqında” qanunun 15-ci maddəsinə (Uşağın məlumat azadlığı) edilməsi nəzərdə tutulan dəyişikliyə
əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir.
Dəyişiklik uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunmasının müvafiq qanunla tənzimlənməsini nəzərdə tutur.