Parlament komitəsi hakim təyinatı və bəzi hakimlərin yerinin dəyişdirilməsi ilə bağlı təklifləri nəzərə aldı
28 aprel, 2016 16:53
Komitəyə daxil olan sənəddə Azərbaycan Ali Məhkəməsinin səlahiyyət müddəti aprelin 25-də başa çatan hakimlərinin Ali Məhkəmənin hakimləri təyin edilməsi təklif edilib.
Bunlar İbayev Vəfaddin Ələm oğlu və Quliyev Zakir Müslüm oğludur.
Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin sədri Qürbət Ağa oğlu Əsgərovun Ali Məhkəmənin hakimi təyin edilməsi təklif olunur.
Ali Məhkəmənin hakimi Rəşadət Əhməd oğlu Ağayevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi də təkliflər sırasındadır.
Bütün təkliflər MM-in plenar iclasına tövsiyə olunub.