Leysan yağışları və güclü külək 53 min insanı elektrik enerjisiz qoydu
28 aprel, 2016 16:52
Qeyd olunur ki, sürəti saatda 110 kilometri ötən qasırğa Texas ştatının şimal-şərqində yerləşən Şerman şəhəri rayonunda elektrik ötürücüsü xətlərini aşırıb və evlərin damını zədələyib.
ABŞ-ın meteorologiya mərkəzi vəziyyəti “müəyyən dərəcədə təhlükəli” adlandırıb.
Qarşıdakı cümə və şənbə günləri Şimali Texasda güclü qasırğanın təkrarlanacağı gözlənilir.