Bakıda "İkinci Britaniya Film Baharı Festivalı" davam edir
27 aprel, 2016 17:10
Qeyd edək ki, "British Council" Bakıda ilk Britaniya Film Festivalını 2013-cü ildə təşkil edib. İkinci film festivalı "Britaniya Film Baharı" (British Film Spring) adı altında 2015-ci ildə baş tutub.
Festival Kolm Toybinin eyniadlı romanı əsasında Nik Hornbinin ssenarisi ilə, rejissor Con Kraulinin çəkdiyi Oskar nominasiyalı "Bruklin"adlı tarixi dramın premyerası ilə açılıb.
Festivalın növbəti günlərində, həmçinin aktrisa Meqqi Smitin baş rolda çəkildiyi "Furqondakı ledi", rejissor Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş "45 il" filmi, baş rollarda Kolin Farrel və Reyçel Vaysın çəkildiyi rejissor Yorqos Lantimosun "Lobster" filmi daxil olmaqla, altı maraqlı və eyni zamanda çox fərqli filmlər izləyicilərə təqdim olunacaq.
Bütün filmlər "Nizami "Kino Mərkəzində ingilis dilində rus dilində alt yazılarla nümayiş edilir.
Biletləri "Nizami" Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür.