Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimi keçirilir
26 aprel, 2016 18:03
Dövlət başçısı tədbirdə nitq söyləyir.
Dövlət və hökumət başçılarının, digər yüksək səviyyəli rəsmi şəxslərin, tanınmış ictimai-siyasi xadimlərin, nüfuzlu beynəlxalq qurumların, “beyin mərkəzləri”nin təmsilçiləri, elm adamları daxil olmaqla, üç mindən çox nümayəndənin iştirak etdiyi Forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, ISESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir.