Dövlət katibi: “Bakıdakı Fransız liseyi təhsil əlaqələrimizə gözəl nümunədir”
26 aprel, 2016 18:00
Bu münasibətlər qarşılıqlı səfərlərlə daha da möhkəmlənib.
Gün.Az xəbər verir ki, bunu Fransanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin Avropa məsələləri üzrə dövlət katibi Arlem Desir Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O deyib ki, iki ölkənin iqtisadi əməkdaşlığı, xüsusilə özəl sektor, energetika, kənd təsərrüfatı, nəqliyyat sahəsində əməkdaşlıq davam edir.
İndi əsas diqqəti kənd təsərrüfatı və təhsilə yönəltmək istəyirik.
Bakıdakı Fransız liseyi təhsil əlaqələrimizə gözəl nümunədir. Burada 400 nəfər iki dildə - Fransız və Azərbaycan dillərində təhsil alır. O, bu ilin sentyabrında Fransa -Azərbaycan Universitetinin açılması barədə memarandumu təhsil naziri Mikayıl Cabbarova təqdim etdiyini deyib.
Azərbaycan və Avropa İttifaqı əməkdaşlığından danışan dövlət katibi bildirib ki, Aİ rəsmiləri Azərbaycanda səfərdə olublar və Fransa Aİ Azərbaycan arasındakı razılaşmaya dəstəyini göstərməyə hazırdır.