Azərbaycan səfirliyinin aksiyada iştirakı BƏƏ Dövlət İnformasiya Agentliyi tərəfindən işıqlandırılıb. Hər iki linkdə “Beynəlxalq Xeyriyyə Bazarı” ilə bağlı müqəddimədən sonra Azərbaycan səfirliyinin milli guşə ilə təmsil olunduğu və bu guşədə Azərbaycan turizmini əks etdirən suvenirlərlə yanaşı, məşhur Qarabağ xalçaları, kəlağayılar və milli mədəni irsimizə aid digər nümunələrin, o cümlədən milli kulinariyamıza xas yemək və şirniyyatların da ziyarətçilərə təqdim olunduğu qeyd edilib, gələnlərin Azərbaycan rəqsi və muğamından zövq aldıqları yazılıb. Orada BƏƏ Ümumqadın İttifaqından olan nümayəndə heyətinin Azərbaycan guşəsi ilə tanışlığı zamanı Azərbaycan səfiri Daşqın Şikarovun həyat yoldaşının ətraflı şərhini dinlədikləri də öz əksini tapıb.