Rusiya Türkiyəyə qaz ixracını azaltdı, Azərbaycan qardaşının imdadına yetişdi
26 aprel, 2016 17:58
Məlumata görə, Türkiyə 2016-cı ilin fevral ayında Azərbaycan və Rusiyadan ümumilikdə 3 milyard 964 milyon kubmetr qaz idxal edib. Amma bu rəqəm ötən ilin fevral ayında 4 milyard 634 milyon kubmetr olub.
Ötən illə müqayisədə, Rusiya bu ilin fevral ayında Türkiyəyə qaz ixracını 26,45 faiz azaltsa da, Azərbaycan isə 14,09 faiz artırıb.
Son statistik məlumatlara görə, Türkiyə bu ilin fevral ayında Rusiyadan, 1 milyard 808 milyon kubmetr, Azərbaycandan isə 558 milyon kubmetr qaz alıb.
Xatırladaq ki, bir neçə ay öncə Türkiyə Silahlı Qüvvələrinin Türkiyə sərhəddini pozan Rusiya təyyarəsini vurduqdan sonra iki ölkə arasında vəziyyət gərgin olaraq qalır.