Xəbərlər

Leyla Əliyeva: "Biz birlikdə çalışmalıyıq ki, aclıqdan heç kəs ölməsin"
25 aprel, 2016 16:16

APA-ya istinadən məlumatına görə, bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva BMT-nin Sivilizasiyalararası Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində təşkil olunan gənclər tədbirində deyib. 

L. Əliyeva Azərbaycanın meşə və çaylarla, dağlarla zəngin, biomüxtəlifliyə malik ölkə olduğunu söyləyib: “Biz Azərbaycanı sevirik. Əminik ki, siz də bunlara görə Azərbaycanı sevəcəksiniz. Dünyada hər saniyə aclıqdan 1 nəfər ölür. Uşaqlar daha tez-tez həyatını itirir. FAO dünyada aclığın aradan qalxmasına çalışır. Biz birlikdə çalışmalıyıq ki, aclıqdan heç kəs ölməsin. Qida çox vacibdir, həm də mədəniyyətlərarası əlaqənin bir komponentidir. Qida təhlükəsizliyi çox vacibdir. Bu baxımdan FAO və BMT-nin Sivilizasiyalar Alyansı vahid fəaliyyət göstərərək qida təhlükəsizliyini təmin edir və mədəniyyətlərarası dialoqu təbliğ edir.

Biz İDEA kompaniyasını həyata keçirir. İDEA çərçivəsində son 5 ildə 5 milyondan çox ağac çəkmişik. Yerli icmalarla işləyirik və ağacların kəsilməsinin qarşısını alırıq. Beynəlxalq təşkilatlara əməkdaşlıq qurmağa çalışmışıq. Yeni iştirakçıları öz fəaliyyətlərimizə cəlb etmişik və çalışmışıq ki, bu fəaliyyətlər sıxıcı və üzücü olmasın. Çağdaş cəmiyyət sınaq mərhələsindədir. Bizim həyatımız hər saniyədə dəyişir. Bu gün dünyada hər 15 dəqiqədə bir fil ölür, hər saat minlərlə köpək balığı öldürülür. Elə zamana gəlib çata bilərik ki, bütün heyvan növlərinin nəsli kəsilə bilər. Hamınız ətraf mühitin qorunmasında rol oynaya bilərsiniz.

Artıq fəaliyyət göstərməyin vaxtı gəlib çatıb. Gələcəyi daha parlaq, daha yaşıl, daha təkmil qurmağa nail olacağıq”. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.