Xəbərlər

Bakıdakı ticarət mərkəzlərində mühafizə problemi
25 aprel, 2016 16:16

Hətta pik saatlarda metroların girişlərində növbələr də müşahidə olunur.

Bəzi sərnişinlər buna etiraz etsələr də, əslində təhlükəsizliyin təmin edilməsi üçün bu, çox müsbət bir addımdır. Çünki nəzərə almaq lazımdırki, gün ərzində metrodan 1 milyona yaxın sərnişin istifadə edir. Onların arasında isə pis niyyətlisi də ola bilər.

Təəssüf ki, ictimai yerlərdən olan iri ticarət mərkəzlərində hazırda təhlükəsizliyin təmin olunmasında ciddi problemlər var. Nəzərə almaq lazımdır ki, ticarət mərkəzləri təkcə alış- veriş üçün deyil.

Bura insanlar həm də dincəlməyə, istirahət etməyə gəlirlər. Ticarət mərkəzlərinin içində mağazalarla yanaşı, kafelər, restoranlar, kinoteatrlar, uşaq əyləncə mərkəzləri də fəaliyyət göstərir. Xüsusilə, həftə sonları bu məkanlar qaynayır.

Ailələr öz uşaqları ilə bərabər mərkəzlərə üz tuturlar. Ancaq bir sıra iri ticarət mərkəzlərində apardığımız müşahidələrdən çıxış edərək, bu məkanlarda təhlükəsizliyinin təmin olunduğunu, güclü mühafizənin həyata keçirildiyini deyə bilməyəcəyik.

Əslində bir müddət əvvəl “28 Mall” da yaşanmış bomba həyacanı siqnal olmalı idi. Yaxın qonşu olan  terrorçu Ermənistanın yaratdığı təhlükəni də ciddi şəkildə nəzərə almaq lazımdır.

Adı olub, özü olub, fəaliyyəti olmayan mühafizəçilər

İndi keçək müşahidə etdiyimiz mühafizə tədbirlərinə. Məsələn, əhalinin həm alış veriş, həm istirahət üçün üz tutduğu iri ticarət mərkəzi olan “28 Mall”da  mühafizəçi əlində aparat girişdən bir qədər aralıda dayanıb.

Amma müşahidə apardığımız müddətə bir nəfərin belə olsun çantasını yoxladığını görmədik. Baxmayaraq ki, insanlar fərqi yoxdur, iri, yaxud kiçik çanta ilə mərkəzə daxil olurdular. Mühafizəçi bəzən söhbət edir, arxası qapıya dayanır, bir sözlə, görməli olduğu işin məsuliyyətini dərk etmir, bununla da insanların həyatını təhlükəyə atdığının fərqində olmur.

Bulvar ətrafında yerləşən “Park Bulvar”da da durum eynidir. Girişdə mühafizəçilər gözə dəyir, amma onların işinin nədən ibarət olduğu qaranlıq qalır. Binaya girib-çıxana fikir verilmir, çantan yoxlanmadan rahat şəkildə ticarət mərkəzinə daxil olursan. Analoji vəziyyəti “Metro Park”da  da müşahidə etdik. Yalnız girişdə mühafizəçi var, vəssalam.

Gözləmək olardı ki, bir neçə gün əvvəl açılan “Gənclik Mall”da fərqli mənzərə müşahidə olunacaq. Yəni indiki həssas dövrdə, üstəgəl yeni açılan istənilən məkan daha çox insanı cəlb etdiyi üçün güclü mühafizə tədbirləri də gözlənilən idi. Amma belə olmadı.

Baxmayaraq ki, adamlar kütləvi olaraq “Gənclik Mall” a üz tutur, mühafizədən danışmaq isə mümkün deyil. Girişdə dayanan təhlükəsizliyə cavabdeh olan şəxs qadınların çantasını ümumiyyətlə yoxladığını müşahidə etmədik.

Bunu yəqin ki, qadınlara hörmət əlaməti olaraq edirlər, amma anlamırlar ki, terrorçu elə terrorçudur, kişisi, qadını olmur. Yeri gəlmişkən, heç kişiləri də düz əməlli yoxlamırdılar. İri çantalı bir kişi keçib gedəndən sonra, mühafizəçi laqeyd şəkildə, “sizi yoxlamadım” deyib, gülərək  yola verir.

Ən etibarlı mühafizə məhz polis mühafizəsidir

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə məsələ ilə bağlı Gün.Az-a bildirib ki, ən etibarlı mühafizə məhz polis mühafizəsidir. Onun sözlərinə görə, obyektlərin, ticarət mərkəzlərinin sahiblərinin mülkiyyət növündən asılı olmayaraq mühafizə üçün aidiyyatı üzrə struktura müraciət etmələri həmin qurumlarda təhlükəsizliyin daha yaxşı qorunmasında, oğurluğunun qarşısını alınmasında daha müsbət nəticələr verər.

“Şəxsi obyekt sahibləri çalışırlar ki, mühafizəni hansısa formada həll etsinlər, amma təcrübə də göstərir ki, polis mühafizəsi ən etibarlıdır.

Təyinat növündən asılı olmayaraq, əgər hər hansı müəssisə rəhbərinin belə istəyi olsa, Baş mühafizə idarəsinin tabeliyində olan yerli   qurumlarına  müraciət edib, məsələni müsbət həll edə bilərlər. Mühafizə polisi obyektlərdə həm cinayətlərin qarşısının alınması, həm təhlükəsizlik üçün ən uğurlu vasitələrdən biridir.

Təcrübə də göstərir ki, polis mühafizəsində əhatə olunmuş obyektlərdə belə hallar demək olar ki, baş vermir. Yəni sırf oğurluq baxımından həm də bu, cinayətkarlığın proflaktikasında ən səmərəli, özünü doğrultmuş vasitələrdən biridir.

Polis mühafizəsinə cəlb edilməklə, təhlükəsizlik kameraları, siqnal qurğuları, bir sözlə, ən müasir informasiya texnologiyalarından istifadə edilməklə həmin obyektlərdə müşahidə aparmaq həm xidmətin təkminləşməsidir, həm də polis mühafizəsində olmaq ən yaxşı vasitələrdən biridir”.

Mühafizə polisinin iri ticarət mərkəzlərinə cəlbinin ödənişlə bağlı ola bilməsinə gəlincə, O.Mansurzadə bildirib ki, bütün hallarda xəsis adam iki dəfə pul ödəyir:

“Kimsə fikirləşir ki, 5 manata görə irəli düşür, sabah elə bir hadisə ola bilər ki, 5 min ziyan edəsən. Təhlükəsizlik məsələsində məncə, qəpik söhbəti düzgün deyil. Bütün hallarda biz çağrış edirik ki, sahibkarlar müqavilə əsasında mühafizə polisinin xidmətlərindən istifadə etsinlər.

Bu, həm vətəndaşların mal-mülkləri, həm də təhlükəsizlikləri üçün çox yaxşı vasitədir. Mühafizə polisi cəlb olunduğu ərazilərə müəssisə rəhbərlərinin istəyindən asılı olaraq xüsusi siqnal qurğuları, kameralar yerləşdirir.

Hər hansı hadisə baş verən zaman çox tez, hətta bəzən 3-4 dəqiqəyə hadisə yerində olur. DİN-in saytında vaxtaşırı bununla bağlı dərc edilən məlumatlar da göstərir ki, mühafizə polisinin fəaliyyəti çox gözəl nəticələr verir”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.