Hafiz Hacıyev: “Grand Hotel” yolunu azmış bir məmurun idi”
25 aprel, 2016 16:15
Akademik Milli Dram Teatrının yaxınlığında yerləşən “Grand Hotel” Bakının abadlaşdırması planının qurbanı olub.
Bununla belə, həmin tikilinin yerləşdiyi ərazinin artıq abadlaşdırıldığı və ümumi memarlıq ansamblına uyğunluğu otelin sökülməsinə dair müxtəlif ehtimallara yol açıb.
Bu barədə Gün.Az-a danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib ki, “Grand Hotel”in sökülməsi yolunu azmış bir məmura qarşı cəza aktıdır:
“Həmin otelin kimin olduğunu bilsəm də, o adamın adını çəkmək istəmirəm. Amma aydındır ki, “Grand Hotel” də yolunu azmış, vəzifəsi hesabına rüşvətlə böyük sərvət ylğmış bir məmurun idi.
Onun vəzifədə olarkən yol verdiyi cinayətlər tədricən üzə çıxmaqdadır və ona məxsus otelin sökülməsi də o məmura qarşı bir cəza aktıdır. Hər halda, dövlətinə, xalqına, prezidentinə xəyanət etmiş həmin məmur layiqli cəzasını da alacaq.
Tək o deyil, yolunu azazn, gözü rüşvətdən başqa heç nə görməyən məmurların heç biri cəzadan kənarda qalmayacaq.
Biz də bu işə kömək göstərmək üçün rayon təşkilatlarımıza öz ərazilərindəki məmur villalarının monitorinqini aparmağı tapşırmışıq və onun nəticələrini ictimaiyyətə açıqlayacağıq”.