Bu ölkədə kişilər qadınlardan daha çox təcavüzə məruz qalır
25 aprel, 2016 16:15
“Vatan” qəzetinə istinadən xəbər verir ki, Almanyada aparılmış bir araşdırma zamanı işləyən hər iki nəfərdən birinin iş yerində cinsi zorakılığa məruz qaldığı müəyyənləşib.
Diskriminasiyaya qarşı Federal Mübarizə Qurumunun həyata keçirdiyi araşdırmada kişilərin iş yerlərində qadınlardan daha çox cinsi zorakılıqla üzləşdikləri məlum olub.
Eyni zamanda, cinsi zorakılığa yol verənlərin də əksəriyyətini yenə kişilər təşkil edib.
Araşdırmada 2014-cü ilin dekabrı - 2015-ci ilin əvvəlində 1002 qadın və kişi arasında aparılıb.
Sorğuya cəlb olunan kişilərin 56, qadınlarınsa 49 faizi iş yerində müxtəlif xarakterli cinsi zorakılığa məruz qaldıqlarını bildiriblər.