Xəbərlər

UEFA “Kəpəz”lə bağlı yol verdiyi səhvi düzəltdi
22 aprel, 2016 16:00

 2 həftə öncə Avropa ölkələrinin çempionatlarında qeydə alınan və ən azı 15 qələbəni əhatə edən seriyaların siyahısını tərtib edən qitə futbol qurumu “Kəpəz”in nəticəsini nəzərə almamışdı.

1997/98 mövsümündə başlayan və 1998/99 mövsümündə başa çatan uğurlu seriya müddətində Gəncə təmsilçisi ardıcıl 22 qarşılaşmada 3 xal əldə etmişdi. Bu oyunlardan ikisi texniki qələbə olduğundan, seriya Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) qaydalarına əsasən 20, ümumilikdə 22 oyunluq hesab olunur. Həmin Azərbaycan rekordu UEFA-nın rəsmi saytındakı yazıda əks olunmasa da, artıq qurum bu boşluğu aradan qaldırmaqla, göstərici rəsmən tanınıb.

Apasport.az saytının əməkdaşının müraciətindən sonra araşdırma aparan UEFA iradın haqlı olduğu qənaətinə gəlib və nəticədə “Kəpəz”in uğuru təsdiqlənib.

“Benfika”nın Portuqaliya çempionatındakı 29 qələbədən ibarət seriyasının Avropa rekordu olduğu siyahıda “Kəpəz”in hesabında 22 qalibiyyət var. Bu isə o deməkdir ki, İFFHS-dən fərqli, UEFA texniki qələbələri də nəzərə alır. Gəncə klubu bu nəticə ilə Avropada 7-ci pilləyə şərikdir.

Xatırladaq ki, “Benfika”nın başçılıq etdiyi siyahıda Zaqreb “Dinamo”su (28), “Seltik” və Tirana “Dinamo”su (hər ikisi 25), “Srvena Zvezda” (24) və “Malmö” (23) də “Kəpəz”i qabaqlayır.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.