Azərbaycanın Çexiyadakı səfirliyinin iştirakı Praqada İslam ölkələrinin mədəniyyət və incəsənətinə həsr edilmiş “Müxtəlif ölkələrin ornamentləri” adlı sərginin açılışı olub.
Gün.Az xəbər verir ki, tədbir Çexiyanın Avropa Parlamentindəki deputatı Yan Zahradil, Praqanın 6-cı rayonunun meri Ondrey Kolaj, və Çexiya Ticarət Palatasının sədri Vladimir Dlouhinin himayəsi altında təşkil edilib.
Sərgidə digər ölkələr ilə yanaşı, Azərbaycana məxsus xalçaçılıq və rəssamlıq sənətinə aid nümunələr nümayiş etdirilib. Azərbaycan stendi ziyarətçilərin böyük marağına səbəb olub.
Fərid Şəfiyevin də iştirak etdiyi açılış mərasimində Çexiyada akreditə olunmuş İslam ölkələrinin diplomatik nümayəndəliklərinin başçıları, habelə dövlət qurumları və yerli ictimaiyyəti təmsil edən nümayəndələr iştirak edib.
Sərgi mayın 1-dək davam edəcək.