Xəbərlər

Səlim Müslümov: “180 nəfər Qarabağ müharibəsi əlilinə, 205 şəhid ailəsinə mənzil verilib”
22 aprel, 2016 15:57

Nazirliyə istinadən xəbər verir ki, qəbulda əsasən məşğulluğun təminatı, əmək hüquqlarının müdafiəsi, pensiya təminatı, mənzillə təmin olunma, bərpa müalicəsinə köməklik göstərilməsi və s. məsələləri əhatə edən müraciətlər  nazirliyin aidiyyəti məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılıb. 

Vətəndaşların bir hissəsinin müraciətlərində qaldırdıqları məsələlərin həlli təmin olunub. İş yerləri ilə təmin edilmək üçün müraciət edən şəxslərə yaşadıqları ərazi üzrə boş (vakant) iş yerlərinə göndərişlər verilib, bir sıra şəxslərin nazirliyin bərpa müəssisələrində bərpa müalicəsinə cəlb edilməsi, ayrı-ayrı vətəndaşların əmək hüquqlarının təmin olunma vəziyyətinin araşdırılması tapşırılıb.

Digər müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.

S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı sahəsində  ardıcıl və məqsədyönlü işlərin aparıldığını vurğulayıb: 

“Ötən il və cari ilin keçən dövründə 385 nəfərə, o cümlədən 180 nəfər Qarabağ müharibəsi əlilinə, 205 şəhid ailəsinə nazirlik tərəfindən müasir tələblərə uyğun inşa olunmuş mənzillər verilib. 

Bu proses respublikanın bütün bölgələrini, o cümlədən hazılrda sakinlərini qəbul etdiyimiz şəhər və rayonları da əhatə edir. Qarşıdakı dövrdə də bu işlər davam etdiriləcək”.

Qəbul zamanı S.Müslümov ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciətlərin bu sahənin tam elektronlaşdırılmasına, yardım təyinatında müasir və şəffaf mühitin formalaşmasına aid olduğunu vurğulayıb:

 “Artıq iki aydan çoxdur ki, istifadəyə verdiyimiz Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin qəbulu və onlara baxılaraq qərar verilməsi prosesi tam avtomatlaşdırılmış şəraitdə aparılır. 

Bu prosesdə məmur iştirakı qətiyyən mümkün deyil və artıq kimə yardım təyin olunub-olunmaması məhz elektron sistem tərəfindən şəffaf şəkildə müəyyən edilir.

Sadəcə olaraq, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edən vətəndaşlar Ərizə-bəyannamədə öz ailələrinin tərkibi, gəlirləri və əmlakları barədə düzgün, dəqiq məlumatlar verməlidirlər”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.