Meymunun atdığı daş biznesmeni öldürdü
22 aprel, 2016 15:55
lenta.ru-ya istinadən xəbər verir ki, Çinli iş adamı, “Guan Sheng Yuan” qida şirkətinin rəhbəri Venq Mao Yuntay dağlarında gəzinti zamanı bədbəxt hadisəyə tuş gəlib.
Məlumata görə, 67 yaşlı iş adamının həlak olmasına səbəb qayadan meymunun onun başına daş atması olub.
Venq Mao təcili xəstəxanaya çatdırılsa da, həklimlər onun həyatını xilas edə bilməyiblər.
Bu hadisədən sonra həmin marşrut üzrə turist səfəri dayandırılıb.