Nazir müavini özünü güllələyib – Seks-qalmaqal
21 aprel, 2016 10:26
lenta.ru-ya istinadən xəbər verir ki, Yakutiyanın daxili işıər nazirinin müavini Nikolay Mamçur zorlamada ittiham olunduqdan sonra özünü güllələyib.
Məlumata görə, N.Mamçurun tabeliyindəki 24 yaşlı xanım əməkdaşlardan biri nazir müavininin ona təcavüz etməyə cəhd göstərdiyini, lakin bundan qaça bildiyini iddia edib.
Xanım əməkdaşın ona qarşı iddia qaldırdığı haqda xəbər tutan N.Mamçur isə özünə qəsd edib. Onu mənzilində yaralı vəziyyətdə tapıblar.
Nazir müavini hazırda ağır vəziyyətdə reanimasiya şöbəsindədir.