Xəbərlər

Şahin Mustafayev: "Avtomobil və dərman istehsalı sahəsində müştərək layihələrin icrası ilə bağlı 4 memorandum imzalanacaq"
21 aprel, 2016 10:24

İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, müzakirələr aprelin 20-də Azərbaycanın Astara şəhərində Azərbaycan və İran nümayəndə heyətlərinin geniştərkibli görüşündə aparılıb. 

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri – iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycan və İran tərəfindən aidiyyəti qurumların yüksək səviyyəli nümayəndələri iştirak edib.

Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin və keçirdikləri görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. 

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 23-də İrana səfəri, səfər çərçivəsində keçirilən görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul verib. 

Bu gün təməli qoyulan Astara çayı üzərində dəmir yolu körpüsü də məhz həmin səfərin uğurlu nəticələrindəndir:

 "Ümumilikdə isə, Prezident İlham Əliyevin 2014-cü ilin aprelində İran islam Respublikasına səfərindən sonra ölkələrimiz arasında 60-a yaxın qarşılıqlı səfər həyata keçirilib, 30-dan çox sənəd imzalanıb, Dövlət Komissiyasının iki iclası və bir sıra görüşlər təşkil olunub. Dövlət başçılarının son 2 ildə 6, son 2 ayda isə 2 görüşü keçirilib".

Qeyd edilib ki, Azərbaycan və İran arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, iqtisadi sahədə 40-dan çox olmaqla indiyədək 120 sənəd imzalanıb. İran Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 53 faiz artıb. Hazırda Azərbaycanda 439 İran şirkəti fəaliyyət göstərir.

 Azərbaycan və İran arasında Dövlətlərarası Komissiya, müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüş və sərgilər təşkil olunur.

Hazırda ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, bankçılıq, əczaçılıq, nəqliyyat və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər görülür. 

Nazir  vurğulayıb ki, Azərbaycan-İran əlaqələrinin vacib istiqamətlərindən olan nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi əlaqələrimizin genişlənməsinə öz töhfəsini verəcək. 

Dəhlizin önəmli həlqələrinən olan və bu gün təməli qoyulmuş Astara çayı üzərində dəmir yolu körpüsü Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi, iqtisadi, ticarət və yükdaşımalar sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olacaq. 

Vurğulanıb ki, 2016-cı ilin sonunadək Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından sərhədədək 8,3 kilometrlik yolun, İran tərəfində 1,7 kilometrlik xəttin və yükaşırma terminalının tikintisinin yekunlaşması nəzərdə tutulur.

Ölkələrimiz arasında energetika, neft-qaz, bankçılıq və s. sahələrdə əməkdaşlıq barədə məlumat verən nazir  iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. 

Diqqətə çatdırılıb ki, nəqliyyat, kənd təsərrüfatı, sənaye, əczaçılıq, səhiyyə, turizm, ikitərəfli və tranzit yükdaşımalarının artırılması, İranın Şərq-Qərb dəhlizinə qoşulması, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yoluna birləşdirilməsi, Azərbaycanın sənaye parklarında İran investorlarının iştirakı, aqroparklarda əməkdaşlıq, ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, İran şirkətlərinin Aktau Logistika Mərkəzindən istifadəsi və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Nazir  qeyd edib ki, sabah Sumqayıt Kimya Sənaye Parkı, Azərbaycan İnvestisiya Şirkəti, “Azərsun Holdinq”, İranın “Iran Khodro” və “Darou Pakhsh” şirkətləri arasında avtomobil və dərman istehsalı sahəsində müştərək layihələrin icrası ilə bağlı 4 memorandum imzalanacaq.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkələrimiz arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafına təkan verdiyini xüsusi qeyd edib. 

Bildirib ki, qısa müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün bir sıra işlər görülüb və Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın, xüsusilə yükdaşımalar, turizm və ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.