Nəticələrə əsasən, 16 nəfər birinci, 33 nəfər ikinci, 54 nəfər üçüncü yeri qazanıb.
Bildirilib ki, Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib. Birinci mərhələdə riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 27 500 IX, X və XI sinif şagirdi iştirak edib. Olimpiadanın yarımfinal turunda isə 4500-ə yaxın şagird öz bilik və bacarığını nümayiş etdirib. Fənn olimpiadalarının final mərhələsində dəqiq fənlər üzrə 271 şagird iştirak edib.
Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi isə 22-24 aprel 2016-cı il tarixlərində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcək. Bu fənlər üzrə 415 şagird öz bilik və bacarığını nümayiş etdirəcək.