Kabulun mərkəzində partlayış törədilib
19 aprel, 2016 13:23
RİA-Novosti-yə istinadən xəbər verir ki, Əfqanıstan prezidenti Əşrəf Qani hadisə nəticəsində ölən və yaralananların olduğunu deyib.
Partlayışın yaxınlığdakı hökumət qurumlarını hədəfə aldığı ehtimal edilir. Hadisədən sonra xəstəxanaya 8 yaralı daxil olub, ölənlərin sayı isə hələ tam açıqlanmayıb.
Qeyd edək ki, partlayışın səsi mərkəzdə yerləşən ABŞ səfirliyində də eşidilib, səfirliyə yaxın isə NATO-missiyasının qərargahı yerləşir.
Ölkədə vəziyyət son aylar pisləşib. Radikal “Taliban” hərəkatı Əfqanıstandakı kənd təsərrüfatı rayonlarının əhəmiyyətli hissəsini ələ keçirib, İŞİD-in də ölkədə təsiri artıb.