Sabah Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulacaq
19 aprel, 2016 13:22
İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, təməlqoyma mərasimindən sonra Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri -Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə Azərbaycan-İran nümayəndə heyətlərinin görüşü keçiriləcək.
Həmçinin, əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək.