Xəbərlər

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Ali Məhkəməsinin sədrini qəbul edib
18 aprel, 2016 14:40

Prezident İlham Əliyev bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İstanbulda keçirilən 13-cü Sammitində iştirakını məmnunluqla xatırladı. 

Dövlətimizin başçısı bu tədbirdə İslam ölkələrinin yüksək səviyyədə təmsil olunmasını Türkiyəyə olan münasibətin təzahürü kimi qiymətləndirdi. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu ilə görüşlərinin də səmərəli olduğunu diqqətə çatdırdı.

Türkiyə Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit qardaş və dost ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, türk xalqının bundan məmnun olduğunu bildirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən "bir millət, iki dövlət" sözlərinin ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin səviyyəsini göstərdiyini vurğuladı. 

İsmail Rüştü Cirit bir müddət öncə Dağlıq Qarabağda qoşunların təmas xəttində baş vermiş hadisələr zamanı Azərbaycan hərbçilərinin şəhid olması ilə əlaqədar başsağlığı verdi, yaralananlara şəfa dilədi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildirdi.

Görüşdə ölkələrimizin məhkəmə sistemləri arasındakı uğurlu əməkdaşlığın ikitərəfli münasibətlərimizin daha da genişlənməsi işinə töhfə verdiyi qeyd olundu.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.