Rio Olimpiadasına 40 yaşlı xanım gimnast lisenziya qazanıb
18 aprel, 2016 14:39
Keçmiş SSRİ yığmasının heyətində gimnastika üzrə iki dəfə dünya çempionu olmuş 40 yaşlı Oksana Çusovitina Rio-de-Janeyroda Özbəkistanı təmsil edəcək.
Rio Olimpiadasına lisenziya xarakterli sınaq yarışlarında 45-ci yeri tutan O.Çusovitina yeni rekord müəyyənləşdirməyə yaxındır. O, Rioda yarışlara çıxmaqla 7 dəfə Olimpiadada çıxış etmiş ilk idmançı olacaq.
Gimnast 1992-ci ildə Barselonada keçirilmiş Olimpiadadan sonra baş tutmuş bütün bu tip yarışlarda iştirak edib.
Onun ilk böyük uğuru isə 1991-ci ildə SSRİ yığmasının heyətində dünya çempionatında iki qızıl və bir gümüş medal qazanması olub.