Bu barədə Gün.Az-a Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda deyilir.
Tədbir çərçivəsində BMT SA Gənclər tədbiri, Biznes Simpozium, Nifrət Nitqinə "Yox" Hərəkatı (#SpreadNoHate): Nifrət çıxışlarının qarşısının alınması və bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi, Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər, Vətəndaş cəmiyyəti və biznes: Sülh, Təhlükəsizlik və Davamlı inkişaf naminə birgə fəaliyyət, Qlobal vətəndaşlıq təhsili, Tətbiqi proqramlar və videooyunlar vasitəsilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri, Münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu, Davamlı və İnklüziv inkişaf naminə idman, Qlobal miqrasiya prosesində şəhərlərin rolu, Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması, Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: Nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu, Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu, Birgəyaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi, Təhsil vasitəsilə zorakı ekstremizmin qarşısının alınmasına dair məqsədlər: İnkişaf, müxtəliflik və dialoq naminə təhsil, Bakı prosesi: Qlobal Mədəniyyətlərarası dialoq üçün yeni çağırışların cavablandırılması, Mediya peşəkarlığı: Zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr, Ekstremizmin qarşısını almaq üçün çoxmədəniyyətli (multikultural) cəmiyyətin formalaşdırılması perspektivlərinin təşviqi və digər mövzularda seminarlar keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.