18/04 10:36
Ekvadorda 1949-cu ildən bəri ən güclü zəlzələ nəticəsində həlak olanların sayı 272 nəfərə çatıb.
Gün.Az milli.az-a istinadən xəbər verir ki, bunu dünən millətə müraciətində ölkə prezidenti Rafael Karrera deyib.
Onun sözlərinə görə, 2068 nəfər yaralanıb:
“Hələlik 272 nəfərin həlak olması barədə rəsmən təsdiqlənmiş məlumatlar var. Faciənin miqyası nəhəngdir. Lakin fəsadları aradan qaldırmağa başlamışıq. Dağıntıların miqyası təxminlənəndən az olsa da, son 67 ildə ən böyük faciə ilə qarşılaşmışıq”, - dövlət başçısı söyləyib.
Hazırda hərbçilər, yanğınsöndürənlər və xilasedicilər dağıntılar altında sağ qalmış insanların axtarışları ilə məşğuldur. Zəlzələdən ən çox zərər çəkmiş bölgələrə iki mobil hospital göndərilib.
Rixter şkalası ilə 7,8 bal gücündə zəlzələ aprelin 16-da Ekvadorun şimal-qərbindəki Manab vilayətində, Pedernales şəhərində baş verib. Zəlzələnin episentri 20 km dərinlikdə olub. 6 vilayətdə fövqəladə vəziyyət elan olunub. Regionun bir sıra ölkələri, o cümlədən Boliviya, Kolumbiya və Venesuela artıq Ekvadora xilasedicilərlə humanitar yardımlar yollayıblar.
Zəlzələdən sonra Manabi şəhərindəki həbsxanadan yüzlərlə məhbus qaçıb. Onların bəzisi artıq tutulub, bir qismi könüllü olaraq geriyə, həbsxanaya qayıdıb.
Ekvadorun ədliyyə naziri Ledi Sunyiqa Roçanın dediyinə görə, zəlzələ nəticəsində zərər çəkmiş həbsxanada yaralılar barədə dəqiq məlumatlar yoxdur.
Ekvadorun vitse-prezidenti Xorxe Qloas bu gün bəyan edib ki, yeraltı təkanlar daha çox Manta, Portevieho və Quayakil şəhərlərinə ziyan vurub.
17/04 19:31
Zəlzələ nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb.
Gün.Az RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ekvador prezidenti Rafael Korrea “Twitter” sosial şəbəkəsindəki mikrobloqunda yazıb.
Dövlət başçısı qeyd edib ki, Tarki-de-Manta rayonu zəlzələdən ciddi ziyan çəkib, binalar dağılıb.
07/04 12:28
Gün.Az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzinin məlumatında bildirilir.
Zəlzələnin episentri Muisne yaşayış məntəqəsindən 27 kilometr cənub-şərqdə yerləşib. Təkanlar 19,2 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə zamanı dağıntılar baş verib, paytaxt Kitonun elektrik enerjisi ilə təchizatı qismən dayandırılıb.
Güclü zəlzələ nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb, 588 nəfər xəsarət alıb.
Ölkənin vitse-prezident Xorxe Qlas ölkədə fövqəladə vəziyyət rejiminin elan olunduğunu bəyan edib, bu zəlzələnin 1979-cu ildən sonra ölkədə baş verən Ən güclü zəlzələ olduğunu söyləyib. Ekvador hökuməti xilasetmə işlərinə 10 min hərbçi və 3,5 min polis cəlb edib. Vtse-prezident sahil rayonlarından evakuasiya edilən sakinlərin artıq öz evlərinə qayıda biləcəyini, sunami təhlükəsinin olmadığını də açıqlayıb.