Çempionlar Liqası: Ronaldo “Volfsburq”u təkbaşına məğlub etdi, İbrahimoviç yenə kuboksuz qaldı
14 aprel, 2016 17:45
Kevin de Bruynenin vurduğu qol “Mançester Siti”yə yarımfinal vəsiqəsini təmin edib. Uzun illərdir ÇL kuboku qazanmaq arzusunda olan İbrahimoviçin arzusu yenə də reallaşmayıb.
Gecənin digər matçında isə “Real” “Volfsburq”u qəbul edib. İlk matçda 0-2 hesabı ilə məğlub olan “Real Madrid” cavab matçında 3 qol vuraraq mərhələyə adlayıb. Matçın ulduzu isə 3 qol quraraq komandasına qələbə qazandıran Ronaldo olub.
“Mançester Siti” (İngiltərə) – PSJ (Fransa) - 1:0
Qol: de Bruyne, 76
İlk oyun – 2:2
“Real” (İspaniya) – “Volfsburq” (Almaniya) - 3:0
Qollar: Ronaldo, 16, 17, 77
İlk oyun – 0:2
Fərid Ədalət