Xəbərlər

Musiqili Teatrın həftəsonu repertuarı
14 aprel, 2016 17:43
Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət 15, 16, 17 aprel tarixlərində saat 12.00, 16.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qızıl toy” (O. Kazımi, R. Heydər), “Yatmış gözəl və cırtdanlar” (Ş. Pero) və “Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev) tamaşalarından gedir. Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – əməkdar artistlər Şövqi Hüseynov, Svetlana Bulax, Novruz Qartal, Naidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə,  aktyorlar Nadir Xasıyev, Marina Litvinenko, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Rauf Babayev, Nadejda Povelitsina, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Elçin İmanov, Elməddin Dadaşov, Elnarə Nağdəliyeva, Şaban Cəfərov, Gülnarə Əzizova, Nicat Həbibov, Zarina Qurbanova və başqalarının ifalarını izləyə biləcəklər.
 
Qeyd edək ki, Musiqili Teatr bu həftə də balaca və rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 16 aprel saat 12.00-da R. Şəfəq və V. Ziminin “Yağış göbələyinin macərası” əsəri rus dilində, 17 aprel saat 12.00-da Ş. Peronun (səhnələşdirəni A. Sadıqov) “Yatmış gözəl və cırtdanlar” tamaşası isə Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq.
 
Azərbaycan Dövlət Musiqili Teatrı həftə sonunu səmərəli keçirmək istəyən və həftəni xoş notlarla başa vurmaq arzusunda olan hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir.
 
Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.