Xəbərlər

Səlim Müslümov: “Ordumuz nə qədər qüdrətli və işğal altında olan torpaqlarımızı istənilən vaxt azad etməyə qadir olduğunu sübut etdi”
14 aprel, 2016 17:42

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, Vətənimizin ərazi bütövlüyü və konstutusiya quruluşunun müdafiəsi uğrunda  döyüşlərdə böyük şücaət və igidlik göstərmiş Milli Qəhrəmanlarımıza daim hörmət və ehtiram, qayğıkeş münasibət göstərildiyini, şəhid olmuş Qəhrəmanlarımızın xatirəsinin yüksək tutularaq əbədiləşdirildiyini vurğulayıb: 

“Hələ ötən əsrin 90-cı illərindən Ümummilli liderimiz  Heydər Əliyev bu sahədə ilk mühüm addımların atılmasını təmin edib. Habelə 1993-cü ilin dekabrında Ulu öndərin müvafiq sərəncamı ilə Milli Qəhrəmanlara, onlardan həlak olanların ailələrınə yardım edilib. 

1995-ci ilin iyununda Milli Qəhrəmanların, onların ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılmasıtədbirləri haqqında Sərəncam imzalanıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə tədbirlər daha da gücləndirilib, Milli Qəhrəmanların, ümumən Vətənin müdafiəsində şəhid olmuş insanların xatirəsinin əbədiləşdirilməsi üçün mühüm işlər aparılıb. 

Eləcə də dövlət başçısının  14 iyul 2005-ci il tarixli Sərəncamı ilə Milli Qəhrəmanlarımıza, onlardan şəhid olmuş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün ödənilməsinə başlanılıb və ötən dövrdə bu təqaüd artırılaraq 1000 manata çatdırılıb”.

S.Müslümov bildirib ki, xalqımızın tarixi qəhrəmanlıq ənənəsini şərəflə davam etdirmiş, hər birimizdə qürur hissi doğuranMilli Qəhrəmanlarımızın cəmiyyətə daha geniş şəkildə tanıdılması, onların həyat və qəhrəmanlığının geniş təbliği bu gün cəmiyyətdə, xüsusən gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsi baxımından mühüm önəm kəsb edir:

“Hazırda təqdim olunan “Milli Qəhrəmanlarımız” kitabı da nazirliyin vətəndaş cəmiyyətləri ilə əməkdaşlığının bir bəhrəsidir”.

Qəhrəman həmvətənlərimizin həyat və döyüş yolunun təbliğinin, habelə bu kitabın xüsusən indiki dönəmdə çox önəmli məsələlərdən olduğunu qeyd edən S.Müslümov hazırda  Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun çox yüksək olduğunu diqqətə çatdırıb: 

“Aprel ayının əvvəllərində Azərbaycan ordusunun təcavüzkar Ermənistan tərəfindən  ölkəmizə qarşı həyata keçirilən silahlı təxribatının qarşısını uğurla alması, düşmənə layiqli cavab verməsi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun nə qədər qüdrətli bir ordu kimi formalaşdığını və işğal altında olan torpaqlarımızı istənilən vaxt azad etməyə qadir olduğunu sübut etdi”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə igidliklər göstərmiş Milli Qəhrəmanlarımıza diqqət və qayğı göstərilməsi, eyni zamanda şəhid qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi sahəsində görülən işlər, müvafiq normativ-hüquqi aktlar barədə söz açıb. 

Komitə sədri təqdim edilən “Milli Qəhrəmanlarımız” kitabının nəcib və xeyirxah bir mərama xidmət etdiyini, gənc nəslin vətənə sədaqət ruhunda tərbiyəsində onun dəyərli və təsirli vasitələrdən biri olacağını vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva Milli Qəhrəmanlarımız haqqında nəşr olunmuş kitabın Vətən, xalq, dövlət naminə yaşamaq və mübarizə aparmaq ruhunun daha da güclənməsində xüsusi rola malik olduğunu qeyd edib. Milli Qəhrəmanlarımızın hər birinin həyat və döyüş yolunun, şücaətlərinin  gənclərimiz üçün bir örnək olduğunu bildirib

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.