Xəbərlər

“Azərbaycanfilm”in direktoru: “2 milyona çəkmək istədiyimiz film vergi ilə birgə 3 milyona başa gəlir”
13 aprel, 2016 12:12

Belə bir təkliflə Milli Məclisin (MM) Mədəniyyət komitəsinin aprelin 12-də iclasında “Kinematoqrafiya haqqında” yeni qanun layihəsinin ilkin müzakirəsi zamanı "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

"Azərbaycanfilm" kinostudiyası tərəfindən təkcə 2014-cü ildə dünyanın 50 dövlətində Azərbaycan filmlərinin  nümayiş olunduğunu söyləyən M.Hətəmov əlavə edib ki, keçən il filmlərin çəkiliş sayı azalıb:

“Proses göstərir ki, biz kinonun vasitəsilə böyük işlər görə bilərik. Lakin istehsalçı kimi bizim qanunvericilikdə ciddi problemlər var. Qeyd edim ki, ölkədə çoxlu sayda özəl studiyalar yaranıb. Əsas problem isə filmin istehsalından vergi verməkdir. Təsəvvür edin ki, gənc uşaqlar cəmləşib, hansısa film çəkir və öz vəsaitləri hesabına vergi verirlər. Onlar sıxışdırıldıqdan sonra nəticədə özəl studiyaların, yaradıcı atmosferin və kino sahəsinin inkişafının qarşısı alınır. Buna görə də təklif edərdim ki, filmin istehsalından yox, onun satışından, yaymından vergi ödənilsin. Vergilər Nazirliyindən də maraqlansaq,  kino sahəsindən əldə olunan verginin çox aşağı olduğunun şahidi olarıq”.

M.Hətəmov hesab edir ki, kino sahəsində güzəştlər tətbiq edilərsə, bu sahədə bir çox irəliləyişlərə nail olmaq mümkündür.

 

Kino texnologiyasının ən bahalı avadanlıqlar olduğunu deyən kinostudiyanın direktorunun sözlərinə görə, həmin avadanlıqlar banklardan lizinqlə alındıqda onlar üçün 36 faiz vergi ödənilməsi tələb edilir:

 “2 milyona çəkmək istədiyimiz film vergi ilə birgə 3 milyona başa gəlir. Bunu da dövlətdən istəyə bilmərik”.

Kinonun çox gəlirli sahə olduğunu deyən M.Hətəmov əlavə edib ki, təkcə keçən il "Azərbaycanfilm" kinostudiyası ilə əməkdaşlıq etmək üçün dünyanın 8 aparıcı beynəlxalq kino şirkəti ölkəmizdə film çəkmək istəyib: 

“Bu da Azərbaycana milyonlarla vəsaitin gəlməsi deməkdir. Lakin bizdə mövcud olan qanunun zəifliyi ölkəyə böyük vəsaitin gəlməsinin qarşısını alır ki, bu da kino turizminin inkişafına mane olur. Ona görə də bu sahədə lazım olan işlərdə bizə müəyyən güzəştlər tətbiq olunmalıdır. Bu güzəşt əsas texnikanın alınması üçün olmalıdır”.

M.Hətəmov söyləyib ki, kino çox gəlirli sahə olsa da, bu sahəyə xarici şirkətlər sərmayə yatırmırlar:

 “Halbuki, Azərbaycan bu gün kino sahəsinə lazım olan atmosferə sahib ölkə kimi dünyanın aparıcı şirkətlərinin maraq obyektindədir.  Biz əsas milli filmlərimizin müştərək çəkilməsində və Azərbaycan kino xidmətçisi kimi dünyada aparıcı dövlətə çevrilməsinin tərəfdarıyıq”. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.