Prezident: “2 min manat həcmində pozuntulara görə cəzaları nəzərdə tutan maddələr aradan qaldırılmalıdır”
13 aprel, 2016 12:03
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə deyib.
O qeyd edib ki, kiçik qanun pozuntularına, məsələn, 2 min manat həcmində olan pozuntulara görə cəzaları nəzərdə tutan maddələr aradan qaldırılmalıdır.
“Hətta devalvasiyadan öncə 2 min manat o qədər də böyük pul deyildi. Düşünürəm ki, biz mütləq qaydada bunun üzərində çalışacağıq”.
Gün.Az