SOCAR martda dövlət büdcəsinə 109 milyon manat keçirib
11 aprel, 2016 15:20
SOCAR-a istinadən xəbər verir ki, qurum 2016-cı ilin mart ayında dövlət büdcəsinə 109 milyon 248 min manat vəsait ödəyib.
Ümumiyyətlə, 2016-cı ilin yanvar-mart aylarında büdcəyə 325 milyon 130 min manat vəsait keçirilib.
Bundan əlavə, cari ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 10 milyon 920 min manat vəsait köçürüb.
2016-cı ilin yanvar-mart aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 31 milyon 970 min manat təşkil edib.