Xəbərlər

Komitə sədri: “Yeni qanun layihəsi turizmin inkişafı üçün mükəmməl hüquqi baza rolunu oynayacaq”
11 aprel, 2016 15:18
Komitə sədrinin sözlərinə görə, hazırda ölkəmizdə qarşıda duran mühüm vəzifələrdən biri qeyri-neft sahələrinin inkişaf etdirilməsidir. 
 
O, qeyd edib ki,  öz perspektivlərinə görə turizm sektoru bu istiqamətdə aparıcı yerlərdən birini tutur:
 
“Ölkəmiz güclü turizm potensialına malikdir. Bilirsiniz ki, Milli Məclis tərəfindən 1999-cu ildə “Turizm haqqında” qanun qəbul edilib. Lakin 17 maddədən ibarət olan bu sənəd artıq günün tələblərinə cavab vermir. Bunu nəzərə alaraq və ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi,  turizm sahəsinin daha da inkişaf etdirilməsi üçün yeni qanuna ehtiyac duyulurdu.
 
Bu məqsədlə müvafiq işçi qrupu yaradıldı və daha əhatəli,  təkmilləşdirilmiş bir sənəd hazırlandı. Digər bir mühüm məqam odur ki, turizmin inkişafı dövlət tərəfindən dəstəklənir. 
 
Ölkəmizin tanıdılması məqsədilə müxtəlif layihələr həyata keçirilir. Azərbaycan artıq xarici turistlər üçün cəlbedici məkana çevrilir. Ölkəyə gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi vacib məsələlərdəndir".
 
H. Rəcəbli hesab edir ki, ona görə də, bu sahədə qanunvericilin yenilənməsi günün tələbidir:
 
“Yeni qanun layihəsi 8 bölmədən, 87 maddədən ibarətdir. 
 
Qanunda turizm sahəsində dövlət siyasəti, tənzimləmə prinsipləri, məqsəd və vəzifələr, dövlət idarəetməsinin həyata keçirilməsi, turizm fəaliyyətinin təşkili, xidmət növləri, bu sahədə təhlükəsizliyin təmin edilməsi və digər  məsələlər öz əksini tapıb. 
 
Hesab edirəm ki, yeni qanun layihəsi bu sahənin inkişafı üçün mükəmməl hüquqi baza rolunu oynayacaq”.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.