haber7.com-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanəleyhinə klip yayımlayan və buna görə təpkilərlə üzləşən Almaniyanın ZDF telekanalı bəyanat yayaraq ondan üzr istəyib.
Telekanalın yaydığı bəyanatda R.T.Ərdoğanun təhqir olunduğu klipin ZDF standartlarına uyğun olmadığı və buna görə ciddi təəssüf hissi keçirildiyi bildirilib:
“ZDF - İkinci Alman Kanalı “Neo Magazin Royal” satirik proqramındakı mübahisəli klipi yayımladıqdan bir gün sonra internetdən təkrar izləmə vasitələri ilə birlikdə silib.
ZDF-in Proqram Direktoru Norbert Himmler ötən cümə günü açıqlama yayaraq, bu qərarı proqramın ZDF-in standartlarına və keyfiyyətlərinə uyğun gəlməməsi ilə əsaslandırıb.
ZDF-in Baş direktoru Tomas Bellut isə bazar ertəsi günü Türkiyənin Berlindəki səfiri ilə görüşərək, həmin klipin təəssüf doğurduğunu dilə gətirib”.