Burnu üçün həkimə getdi, komaya düşdü
08 aprel, 2016 14:19
“Vatan” qəzetionə istinadən xəbər verir ki, 11 ay öncə evlənən 26 yaşlı İbrahim Doğan rahat nəfəs ala bilmədiyi üçümn 3 ay əvvəl burnundan əməliyyat olundu.
Lakin əməliyyatdan aylılmayan İ.Doğanı artıq 3 aydır ki, koma vəziyyətindən çıxarmaq mümkün olmur.
Vəziyyətin ciddiləşdiyini görən pasientin xanımı Fatma Doğan prokurorluğa şikayət edərək, həkimləri ərinə qarşı səhlənkarlıqda günahlandırıb.
Lakin həkimlər onun iddiaları ilə razılaşmayaraq, müayinə və əməliyyatı doğru apardıqlarını bildirirlər.
F.Doğan ərinin komadan çıxması üçün bir qədər də gözləməyə razıklıq verməsinə baxmayaraq, həkimlərə qarşı iddiasından geri çəkilmək fikrində deyil.