Onun sözlərinə görə, azərbaycanlı turistlər dəniz kənarında, müxtəlif əyləncəli məkanlarda istirahət etməyə üstünlük verirlər ki, İndoneziya bütün bunları təklif edə bilər.
“Bizim yalnız Bali deyil, Papua, Komodo, Molukkas, Anobon kimi adalarımız var. Bütün bunları Azərbaycanda təbliğ etmək istəyirik”, deyən xüsusi nümayəndə Azərbaycanla İndoneziya arasında birbaşa reyslərin açılmasının vacibliyini vurğulayıb.
M.Zulkarnain əlavə edib ki, hazırda reyslər Dubay və Doha vasitəsilə həyata keçirilir. O, həmçinin turizm sektorunda işçilərin hazırlığı sahəsində əməkdaşlıq imkanlarına da toxunub:
“Azərbaycanlılar spa prosedurlarını öyrənmək və sertifikat əldə etmək üçün İndoneziyaya gələ bilərlər. Treninqləri, həmçinin burda yerli işçilər üçün keçirmək olar. Hazırda Azərbaycanda turizm sektorunda təxminən 20 indoneziyalı çalışır. Düşünürəm ki, biz gələcəkdə spa proseduru sahəsində Azərbaycana daha çox mütəxəssis göndərə bilərik”.
Xüsusi nümayəndə iki ölkənin turistlərinin hansı istəklərinin, tələblərinin olmasını daha yaxşı başa düşmək üçün turizm sahəsində sahibkarlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb:
“Azərbaycan və İndoneziyanın turizm imkanlarının qarşılıqlı olaraq təqdimatları da mümükündür”.