Xəbərlər

Bakıda İndoneziya turizmi ilə bağlı təqdimat olub
08 aprel, 2016 14:17
Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" (AITF-2016) sərgisi çərçivəsində baş tutan təqdimatda İndoneziyanın vitse prezidentinin turizm və iqtisadiyyat üzrə xüsusi nümayəndəsi Muchammad Zulkarnain, bu ölkənin turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.
 
İndoneziyanın Azərbaycandakı səfiri Husnan bay Fananie ölkəsinin bu tədbirə böyük maraq göstərdiyini deyib. Onun sözlərinə görə, İndoneziya prezidenti və vitse-prezidenti AİTF sərgisini dəstəklədiyi üçün bura xüsusi nümayəndə heyəti göndərib.
 
Səfir əlavə edib ki, İndoneziyada 17 min 500 ada var, bu ölkənin turistlər üçün maraq kəsb edən adası yalnız Balidən ibarət deyil:
 
“Öz flora və faunasına, sualtı turizminə, ecazkar təbiətinə görə İndoneziya digər ölkələrdən fərqlənir. İndoneziyalılar hər bir qonağı gülərüzlə, mehribanlıqla qarşılayıb, gülərüzlə də yola salırlar. Ümid edirəm ki, iki ölkənin turizm şirkətlərinin görüşlərindən sonra birgə işlər görmək mümkün olacaq”.
 
İndoneziyanın vitse-prezidentinin turizm və iqtisadiyyat üzrə xüsusi nümayəndəsi Muchammad Zulkarnain isə bildirib ki, səfərlərində əsas məqsəd Azərbaycan turizmi ilə tanış olmaq, İndoneziyanın turizm potensialı barədə məlumat vermək, eyni zamanda turist axınının daha da gücləndirilməsinə nail olmaqdır.
 
Qeyd edək ki, tədbirdə İndoneziyanın turizm potensialına dair video görüntülər də təqdim olunub.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.