Xəbərlər

İlham Əliyev: "Ermənistan daim qeyri-konstruktiv mövqe tutub və atəşkəs rejiminə əməl etməyib"
07 aprel, 2016 15:55

İran Prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı narahatlıq keçirdiyini bildirib və tərəflər arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıb.

Prezident İlham Əliyev cəbhə xəttindəki son vəziyyətlə bağlı İran Prezidenti Həsən Ruhaniyə məlumat verib və bildirib ki, Azərbaycan tərəfi hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarı olub, lakin Ermənistan daim qeyri-konstruktiv mövqe tutub və atəşkəs rejiminə əməl etməyib. 

Dövlətimizin başçısı təmas xəttində baş vermiş son hadisələri Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirib.

Söhbət zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin müxtəlif sahələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev İran İslam Respublikasına səfərini xatırlayaraq məmnunluq hissi ilə qeyd edib ki, səfər zamanı əldə olunmuş razılaşmalar uğurla icra edilir.

Dövlətimizin başçısı aprelin 7-də Bakıda keçiriləcək Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün regionda təhlükəsizlik və əməkdaşlığın inkişafı işinə töhfə verəcəyini deyib.

Azərbaycan və İran prezidentləri ikitərəfli münasibətlərimizin bundan sonra da genişləndirilməsi istiqamətində tərəflərin səyləri əsirgəməyəcəyini vurğulayıblar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.