İnsan alverinin qurbanları – “Günahsız günahkarlar” tamaşasında
07 aprel, 2016 15:51
Tamaşanı təqdim etməzdən əvvəl İntiqam Soltan “Hər kəs öz səngərində döyüşməyi bacarmalıdır” - deyib. Daha sonra vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anılıb.
Tamaşaya gəlincə, qəhrəmanlar bir kafedə “Mafiya” oyunu oynayaraq əsl mafiyaların toruna düşürlər. Birinci vurulan Qurban “yaxşı iş” adı ilə xaricə aparılaraq sənədləri əlindən alınır və pulsuz-parasız ağır işlərdə çalışdırılaraq aldadılır. İkinci oyunçu Songül insan alverinin, üçüncü oyunçu Şikar isə orqan transplantasiyası mafiyasının qurbanına çevrilir.
Tamaşanın qəhrəmanları başlarına gətirilən oyunlar qarşılığında intiqam almaq hissi ilə yaşayırlar.
Əsərdə qlobal dünya probleminə çevrilmiş insan alverinə qarşı maariflənmə-mübarizə forması kimi qabardılıb.
Böyüklər üçün nəzərdə tutulan tamaşa 1 saat 10 dəqiqə davam edir.
Rolları Bakı Uşaq Teatrının aktyorları ifa edirlər.
Tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rәqslәrin quruluşçu rəhbəri Könül Şahbazovadır.
Təqdimatlarda Gənclər və İdman Nazirliyinin nümayəndəsi F.Qurbanzadə, təhsil müəssisələrinin müəllim və tələbə kollektivləri, teatrın direktoru İntiqam Soltan, ssenari müəllifi Arzu Soltan iştirak ediblər.