newsru.com-a istinadən xəbər verir ki, rusiyalı jurnalistlərin ölümündə təqsirləndirilərək Rostov məhkəməsi tərəfindən 22 il müddətinə azadlıqdan məhrum edilmiş ukraynalı hərbi pilot Nadejda Savçenko quru aclıq aksiyasına başlayıb.
Bu barədə məlumatı N.Savçenkonun vəkili Mark Feyqin özünün “Twitter” səhifəsində yayıb.
M.Feyqin daha əvvəl də bəyan etmişdi ki, onun müvəkkili aprelin 6-da etriaz aksiyasını bərpa edəcək.
N.Savçenkonun digər vəkili Nikolay Polozov isə bildirib ki, N.Savçenko aclıq aksiyası ilə bağlı qərarını bacısı Vera ilə danışdıqdan sonra verəcək.
M.Feyqin qeyd edib ki, N.Savçenkonun bacısı Vera ilə danışı baş tutmayıb və o, aprelin 6-dan quru aclığa başlayacaq.
Bundan başqa, ukraynalı pilot ona çıxarılmış hökmdən şikayət vermək niyyətində deyil.