Xəbərlər

Nazir: "2016-cı ilin ötən dövründə İranla ticarət dövriyyəsinin həcmi 30 faiz artıb"
07 aprel, 2016 15:44

Görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin mövcud vəziyyətindən və inkişafından məmnunluq ifadə olunmuş, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanıb.

 Qeyd edilib ki, Azərbaycan Prezidenti  İlham Əliyevin fevralın 23-də İrana səfəri, səfər çərçivəsində keçirilən görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul verib.

İqtisadi sahədə əlaqələrin inkişaf perspektivlərinin müzakirə edildiyi görüşdə nazir  Azərbaycan və İran arasında möhkəm hüquqi bazanın yaradıldığını, iqtisadiyyatın bir sıra sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyini, 2016-cı ilin ötən dövründə ticarət dövriyyəsinin həcminin 30% artdığını qeyd edib.

 Bildirilib ki, hazırda kənd təsərrüfatı, turizm, bankçılıq, nəqliyyat və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər görülür:

 "Ölkələrimiz arasında əməkdaşlığın vacib istiqamətlərindən olan nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəhlizinin inkişaf etdirilməsi əlaqələrimizin genişlənməsinə öz töhfəsini verəcək".

İranın xarici işlər nazirinin müavini İ. Rəhimpur ölkəsinin Azərbaycanla əlaqələrinin yüksək səviyyədə olduğunu, İranın Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.