Xəbərlər

Prezident AŞPA Monitorinq Komitəsinin həmməruzəçisini qəbul edib
06 aprel, 2016 16:47
Azərtac-a istinadən xəbər verir ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Prezident İlham Əliyevi ABŞ-a uğurlu səfəri münasibətilə təbrik edib.
 
Stefan Şennak Azərbaycana həssas bir məqamda səfər etdiyini, cəbhə xəttindəki son hadisələrin çox narahatlıq doğurduğunu deyib.
 
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son hadisələrlə bağlı vəziyyətə toxunan dövlətimizin başçısı münaqişə ilə əlaqədar irəliyə doğru addım atılması imkanı yaranan zaman Ermənistan tərəfindən bu cür təxribatların törədildiyini vurğulayıb.
 
ABŞ-a səfərinin uğurla keçdiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olduğunu deyib.
 
Dövlətimizin başçısı Azərbaycan ilə Avropa təşkilatları arasında əlaqələrin yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd edərək ölkəmizin bu əlaqələrin konstruktiv ruhda davam etdirilməsində maraqlı olduğunu bildirib, Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntun və Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini deyib.
 
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.