AZƏRTAC-a istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev aprelin 5-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon danışında deyib.
Rusiya prezidenti cəbhə xəttindəki son hadisələrlə bağlı bir daha narahatlığını ifadə edib, vəziyyətlə maraqlanıb. Prezident Vladimir Putin atəşkəs rejiminin möhkəmlənməsinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi ilk gündən atəşkəs rejimi ilə bağlı bəyanat verməsinə baxmayaraq, qarşı tərəf döyüş əməliyyatlarını davam etdirib. Dövlətimizin başçısı qeyd edib ki, bu gün günorta saatlarından başlayaraq atəşkəs rejimi bərpa edilib və əgər bu rejim pozularsa, məsuliyyət Ermənistan tərəfi üzərində olacaq.
Söhbət zamanı dövlət başçıları ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinə bir daha öz dəstəyini ifadə ediblər. Azərbaycan və Rusiya prezidentləri bir daha ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar